Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama 1,73 milyon dollar qazanıb
19.04.11 19:00

ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel ötən il 1,73 milyon dollara yaxın qazanc əldə ediblər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə məlumat Birləşmiş Ştatların birinci ailəsinin vergi bəyannaməsində verilir. Bəyannaməni Ağ Evin mətbuat xidməti ictimaiyyət üçün açıqlayıb. Gəlirin böyük hissəsi Barak Obamanın yazdığı kitablardan əldə olunan qonorarların payına düşür. Ağ ev rəhbərinin illik maaşı 400 min dollardır. Barak və Mişel Obama qazanclarından 453 min 770 dollar vergi ödəyiblər. Qazancın 14,2 faizi - 245 min 075 dollar 36 müxtəlif xeyriyyə təşkilatına verilib. Ən böyük ianə amerikalı hərbi qulluqçuları və ailələrinə tibbi yardım göstərilməsi üzrə ixtisaslaşmış “Fisher House” fonduna edilib. ABŞ-ın vitse-prezidenti Cozef Bayden və həyat yoldaşı Cilli 2010-cu ildə 379 min 178 dollar qazanıblar. Onlar 86 min 626 dollar vergi ödəyiblər. Qeyd edək ki, 2009-cu ildə Obama ailəsi 5,5 milyon, 2008-ci ildə isə 2,7 milyon dollar qazanmışdı. Beləliklə, ötən illə müqayisədə Obama ailəsinin gəliri üç dəfə azalıb.
URL / WWW
http://kelam.az/article/a-3356.html