Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin “qaynar xətt”inə 1707 müraciət daxil olub
19.04.11 19:00

Ötən ay ərzində Təhsil Nazirliyinin “qaynar xətt”inə 1707 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsil şöbəsinin baş məsləhətçisi, “qaynar xətt”in koordinatoru Ənvər İmanov söyləyib. Onun sözlərinə görə, müraciətlərin 1575-i telefon, qalanları isə elektron vasitə ilə daxil olub. 1518 müraciət sorğu və məlumat, 189 müraciət isə şikayət xarakterli olub. Müraciətlərin 70-80 faizi ümumtəhsil müəssisələrindən olub. Müraciətlər müəllimlərin dərs yükü, imtahanlar, müəllimlərin işə qəbulu və digər mövzularla bağlı olub. Müraciətlərə vaxtında cavab verilib, şikayətlər araşdırılıb və müvafiq qərarlar qəbul edilib. İşlərində yol verdikləri nöqsanlara görə bir müəllimə töhmət verilib, başqa bir müəllimə isə şifahi xəbərdarlıq edilib.
URL / WWW
http://kelam.az/article/a-3355.html