Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Qarabağ nizamlanmasında daha aktiv rol oynamaq Rusiyanın borcudur”
19.04.11 18:58

“Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunmasında daha aktiv rol oynamaq Rusiyanın borcudur. Çünki bu problemi Azərbaycan üçün qoyub gedən Rusiyanın hüquqi varisi olduğu SSRİ olub”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib. O bildirib ki, DQ probleminin yaranması Sovet İttifaqının “əməyi”nin məhsulu olduğu üçün burada ən böyük məsuliyyət də indi Moskvanın üzərinə düşür. “Son illər biz Rusiyanın Qarabağ probleminin həllində göstərdiyi səyləri alqışlayırıq. Məhz Rusiya Prezidentinin təşəbbüsü ilə son il yarımda 7 dəfə prezidentlər səviyyəsində görüş keçirilib. Düzdür, bir nəticə verməyib, amma problemin həlli yolunda Moskvanın bu aktivliyi istənilən halda müsbət qarşılanır” - deyə vitse-spiker vurğulayıb. Z.Əsgərov deyir ki, artıq Qafqazın Rusiyanın xarici siyasət dairəsində olması təbiidir. “Amma Moskva da anlamalıdır ki, artıq keçmişdən fərqli olaraq öz coğrafiyamızda birinci bizim maraqlar təmin olunmalıdır. Biz heç vaxt istəmirik ki, Qafqaz hansısa dövlətlərin maraqlarının toqquşma nöqtəsinə çevrilsin. Maraqların qovuşma yeri ola bilər, amma toqquşma yeri ola bilməz. Rusiyanın da bizim bölgədə maraqları varsa, artıq ilk növbədə bu meyarları nəzərə almalıdır” - deyə Z.Əsgərov əlavə edib. Vitse-spiker indiyə kimi maraqlarımızın tapdanmasında beynəlxalq hüququn zəifliyini günahlandırır. “Əgər beynəlxalq hüquq lazımı səviyyədə işləsəydi, bu problemlər olmazdı” - deyə o vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3352.html