Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mübarəkin partiyası buraxılıb
18.04.11 19:55

Misirdə eks-prezident Hüsni Mübarəkin lider olduğu Milli Demokratlar Partiyası buraxılıb. Onun bütün aktivləri dövlətin sərəncamına verilib. Partiyanın buraxılması Mübarək rejimi əleyhdarlarının əsas tələblərindən biri idi. Tənqidçilər hakim partiyanı korrupsiya mühiti yaratmaqda ittiham edirlər. 1978-ci ildə Misir lideri Ənvər Sadatın təsis etdiyi partiya indiyədək Misir siyasi landşaftının aparıcı qüvvəsi olub. «KƏLAMİNFO» «BBC»-yə istinadən xəbər verir ki, Misirin ədliyyə rəsmiləri isə sabiq baş nazir Əhməd Nazif və sabiq maliyyə naziri Yusif Butros Qalinin korrupsiya ittihamları ilə mühakimə olunacaqlarını bildirib. Rəsmilər bu iki şəxsi ictimai vəsaitləri mənimsəməkdə və dövlətdən 16 milyon dollar oğurlamaqda ittiham edir. Hələlik məhkəmə tarixi müəyyən olunmayıb. Sabiq baş nazir hazırda həbsdə saxlanılır. Butros Qali isə xaricdədir.
URL / WWW
http://kelam.az/article/a-3347.html