Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsildə gender problemləri müzakirə olunub
18.04.11 19:55

Azərbaycan Dillər Universitetində (ADU) “Təhsildə və məişətdə gender problemi” mövzusunda seminar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”a ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova verib. “Təhsildə və məişətdə gender” adlı təqdimatla çıxış edən ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Kifayət Gözəlova bildirib ki, gender qadının və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən anlayış kimi xarakterizə olunur. Onun sözlərinə görə, dünyada ali təhsilli insanların 57%-ni kişilər, 43 %-ni isə qadınlar təşkil edir. Peşə təhsilinə gəldikdə isə kişilərdə bu göstərici 69,7 %-dir. Bu məsələdə ailədə verilən tərbiyə də önəmli rol oynayır. Belə ki, ailə başçıları daha çox oğlanların ali təhsil almasına üstünlük verirlər. Kafedranın müəllimi Reyhan Rzayeva isə “Cəmiyyətdə qadınlar” mövzusuna toxunub. R.Rzayeva Azərbaycan qadının ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb. Seminar məruzələr ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
URL / WWW
http://kelam.az/article/a-3346.html