Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məlahət İbrahimqızı: Radikal müxalifət dövlətimizin nüfuzuna zərbə vurmaq istəyir
18.04.11 19:55

“Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr heç vaxt məqsədlərinə çatmayacaq. Çünki xalqımız həmin qüvvələri çoxdan tarixin arxivinə göndərib”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, bu gün radikal müxalifət dövlətimizin nüfuzuna zərbə vurmaq istəyir. Onun sözlərinə görə, belə hərəkətləri yalnız antimilli qüvvələr edə bilər. “Amma belə cəhdlərin heç bir mənası yoxdur. Çünki ictimaiyyətin qanunsuz mitinq cəhdlərinə kəskin etirazı bir daha təsdiqləyir ki, xalqımız bir daha 1990-cı illərin əvvəlini yaşamaq istəmir. Ölkə vətəndaşları Prezidentimizin ətrafında sıx birləşib və həyata keçirilən siyasəti dəstəkləyirlər” - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3344.html