Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “NATO və Rusiya arasında Qarabağla bağlı gizli sövdələşmə var”
18.04.11 19:55

“Lap əvvəldən NATO və Rusiya arasında Dağlıq Qarabağla bağlı gizli sövdələşmə var. Məhz buna görə BMT-nin məlum qətnamələri DQ üçün keçərsiz, digər bölgələr üçün isə hətta qəti formada keçərli olur”. Bu barədə “Azadinfom”a müsahibəsində politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, bu, artıq mexanizmə çevrilmiş sistemdir və münaqişə ilə bağlı bütün detallar bu mexanizm üzrə cərəyan edir. “Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Yaxın Şərqdə və digər bölgələrdə keçmiş SSRİ-nin mövqelərini ABŞ güzəştə getdi. Buna qarşılıq olaraq Vaşinqton da post sovet məkanında, xüsusən də Qarabağda olan hadisələrdəki manevrləri Moskvaya güzəştə gedir” - deyə Q.Hüseynli vurğulayıb. Politoloq deyir ki, bu sövdələşmə çoxdan var, sadəcə, hadisələrin həlli vaxtından çox uzandığı üçün hər şey indi üzə çıxır: “Əslində, ABŞ və Qərb çoxdan razılaşıb ki, Rusiya Qafqazdakı problemlərin “açarı”dır”.
URL / WWW
http://kelam.az/article/a-3343.html