Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Latviyanın daxili işlər nazirini qəbul edib
18.04.11 19:55

Prezident İlham Əliyev bu gün Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Linda Murniesenin ölkəmizə səfər proqramının kifayət qədər geniş olduğunu vurğulayan dövlət başçısı bu səfərin uğurlu olacağına əminliyini ifadə edib. Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etməsindən və genişlənməsindən məmnunluğunu bildirib. Riqada latviyalı həmkarı ilə əldə olunan razılaşmaya uyğun olaraq əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyini bildirən Prezident İlham Əliyev xanım Linda Murniesenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu deyib. Xanım Linda Murniese Latviya Prezidenti Valdis Zatlersin salamlarını dövlət başçısına çatdırıb. O, Latviya Prezidenti Valdis Zatlersin Prezident İlham Əliyevin Riqaya səfərini və keçirdiyi bütün görüşləri məmnunluqla xatırladığını vurğulayıb. Xanım Linda Murniese ölkəmizə səfəri zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Dövlət başçısı Latviya Prezidenti Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/article/a-3342.html