Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əhalinin əmanətləri artıb
15.04.11 15:52

Əhalinin banklara qoyduğu əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz artaraq mart ayının 1-nə 3.1 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 44.5 faiz, xarici valyuta ilə 18.8 faiz artaraq müvafiq olaraq 1.5 milyard və 1.6 milyard manat olub. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin ötən rüblə bağlı hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, bu müddət ərzində verilmiş kreditlərin məbləği 2010-cu ilin iki ayı ilə müqayisədə 9.7 faiz artaraq 9.2 milyard manat təşkil edib. Kreditlərin 72.7 faizi uzun müddətə verilmiş, 5.6 faizinin ödəmə vaxtı keçib: “Martda 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.11 manata, 100 Rusiya rublu 2.79 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0.80, 1.09 və 2.72 manata bərabər olub”.
URL / WWW
http://kelam.az/article/a-3339.html