Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan kitabları Londonda
15.04.11 15:52

Londonda Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən KƏLAMİNFO-a verilən məlumata görə, sərgidə Azərbaycan təmsil olunub. Dünyanın 100-dən artıq ölkəsindən 2000-ə qədər nəşriyyat şirkətinin təmsilçilərinin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycan stendi quraşdırılıb və təqdim olunub. Stenddə 82 adda 300 nəşr məhsulu nümayiş etdirilib. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı çap məhsulu paylanıb. Nümayəndə heyətimiz sərgidə əsasən ölkəmizin iqtisadiyyatı, turizm imkanları, tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgi iştirakçılarına məlumat verib. Sərgi beynəlxalq təmasların yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə töhfə verib.
URL / WWW
http://kelam.az/article/a-3338.html