Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İlhamə Qasımova dünya səhnəsinə çıxır
14.04.11 19:25

İlhamə Qasımova «Eurovision-2011»-in milli finalından məğlub kimi ayrılsa da, qarışda onu böyük dünya səhnələri gözləyir. Sənətçi bundan sonra yaradıcılığının demək olar ki, əsas hissəsini Almaniya ilə bağlayacaq. Bu barədə KƏLAMİNFO-ya danışan sənətçi bildirib ki, yaxın günlərdə Almaniyaya səfəri nəzərdə tutulub. İlk olaraq onun klipi çəkiləcək. Çəkilişlər başa çatan kimi sənətçi oradakı səsyazma studiyasında isveçrəli bəstəkarın ona təqdim etdiyi mahnını lentə yazdıracaq. «Klip çəkiləndən sonra onun yayım işləri ilə məşğul olacağıq. Belə nəzərdə tutulub ki, yayım dünyanın tanınmış telekanallarında həyata keçirilsin. Eyni zamanda yerli izləyicilərə də klipi izlədəcəyik» - deyə sənətçi qeyd etdi. Sözünün sonunda İlhamə Qasımov Almaniya səfəri çərçivəsində ingilisdilli mahnılardan ibarət albomunu hazırlayacağını bildirdi. Onun böyük səhnəyə çıxışı istiqamətində də hazırlıqlar görülür.
URL / WWW
http://kelam.az/article/a-3337.html