Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qırğızıstan baş nazirinin müavini səlahiyyətlərini dayandırıb
14.04.11 19:25

Opponentlərinin korrupsiyada ittiham etdikləri Qırğızıstanın baş nazirinin müavini Omurbek Babanov səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, ona qarşı irəli sürülən ittihamlarla bağlı deputatlardan ibarət təhqiqat qrupu yaradılmalıdır. Babanov təhqiqat zamanı öz səlahiyyətlərinin icrasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Qeyd edək ki, baş nazirin müavininin adı ölkənin ən iri mobil operator şirkəti ilə bağlı qalmaqalda hallanır. Müxalifət onu Rusiyanın «MegaCom» şirkətindən pul tələb etməkdə günahlandırır. Eyni zamanda, bu günlərdə istefaya göndərilən baş prokuror da ona qarşı ittihamlarla çıxış edib. O bildirib ki, məhz bu səbəbdən də onu istefaya göndəriblər.
URL / WWW
http://kelam.az/article/a-3336.html