Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putin seçkiyə qatılacağını istisna etmir
15.04.11 02:25

Rusiyanın baş naziri Vladimir Putin bəyan edib ki, nə o, nə də prezident Medvedyev 2013-cü ilin prezident seçkilərinə qatılacaqlarını istisna etmirlər. AZADINFORM «BBC»-yə istinadən bildirir ki, Putinin belə bir çıxışını bir sıra müşahidəçilər onun Dmitri Medvedyevə meydan oxuması kimi qiymətləndirirlər. Belə ki, Dmitri Medvedyev hələlik prezidentliyinin birinci müddətindədir. Vladimir Putin deyib ki, hələ keçirilməsinə bir il qalmış seçkilərdən indi danışmaq mənasızdır və işə mane olur. Prezidentliyə namizədlik barədə qərar seçkilər ərəfəsində ölkədəki situasiyadan asılı olacaq. Az əvvəl Çində səfəri əsnasında Dmitri Medvedyev bildirib ki, “biz indidən müəyyən siqnallar versək, administrasiyanın və hökumətin yarısı işi dayandırıb dəyişikliyi gözləməyə başlayacaq”. Hər iki bəyanatın məzmununda “iş”dən söhbət getməsi bu bəyanatların əvvəlcədən razılaşdırıldığını da göstərə bilər.
URL / WWW
http://kelam.az/article/a-3335.html