Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “İnsan, zaman və həyat həqiqəti” monoqrafiyası nəşr edilib
14.04.11 19:25

AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nailə Səmədovanın “İnsan, zaman və həyat həqiqəti” monoqrafiyası nəşr edilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, “Nurlan” nəşriyyatında çap edilən kitabda XI əsrdən dövrümüzə qədər yaşayıb-yaratmış bir sıra Azərbaycan ədibləri və sənət adamlarının əsərlərində, tərcümeyi-hal və xatirələrində əks olunan müxtəlif məsələlər ətrafında fikirlər yürüdülüb, insan, zaman və həyatın real təcəssümü olan memuar nümunələri təhlil edilib. 264 səhifə həcmində olan əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
URL / WWW
http://kelam.az/article/a-3334.html