Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda MDB iştirakçısı olan dövlətlərin Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası keçirilir
15.04.11 02:25

Bu gün Bakıda MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan və Türkmənistandan olan nümayəndə heyəti işğtirak edir. İclasda idman və gənclər sahəsini əhatə edəcək bir sıra mövzular müzakirə olunacaq.Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakıda keçirilən iclas MDB-nin yaranmasının 20 iliyinə həsr olunub. Onun sözlərinə görə, iclasda idman və gənclər sahəsini əhatə edəcək planların, 2012-ci ildə MDB-də elan olunacaq Bədən Tərbiyəsi və İdman ili ilə bağlı müxtəlif tədbirlərin, 2011-2012-ci illər üçün MDB-də humanitar sahədə prioritet tədbirlər planının həyata keçirilməsinə dair MDB Hökumət başçılarının qərarı, 2020-ci ilə qədər MDB-yə üzv dövlətlərin beynəlxalq gənclər sahəsində əməkdaşlığı haqqında strategiyanın, MDB-yə üzv ölkələrin əlillərinin sosial reabilitasiyası ilə bağlı proqram və digər mövzuların müzakirəsi nəzərdə tutulub. İclas iki gün davam edəcək. Sabah iclas iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Qeyd edək ki, Ermənistan tərəfi bu tədbirə dəvət olunsa da iştirak etmirlər.
URL / WWW
http://kelam.az/article/a-3331.html