Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM ölkədəki “beyin mərkəzləri” ilə bağlı kitab hazırlayır
13.04.11 20:42

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) “Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və qarşılıqlı əməkdaşlığın perspektivləri” adlı tədqiqat və ensiklopedik-məlumat xarakterli nəşrin hazırlanmasına başlayıb. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədqiqat çərçivəsində təhlillə yanaşı, Azərbaycanda fəaliyyət göstərən strateji, analitik araşdırma mərkəzləri haqqında sorğu xarakterli hərtərəfli məlumatın olduğu bölmə də əksini tapacaq. Xatırladaq ki, ölkədə mövcud olan beyin mərkəzlərinin kitabda real və dolğun mənzərəsinin yaradılması üçün qeyd olunan qurumların özləri haqqında məlumatları təqdim etməsi vacibdir. Bu məqsədlə tədqiqat qrupunun üzvü beyin mərkəzi və analitik araşdırma qurumlarının rəhbərləri ilə görüşərək, onların kitabda əksini tapacaq fəaliyyəti ilə bağlı konkret sualların cavablandırılması üçün müsahibə alacaq.
URL / WWW
http://kelam.az/article/a-3327.html