Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Rusiya-Ermənistan-İran üçbucağı fəsadlarını verəcək”
13.04.11 20:41

“Bu gün Cənubi Qafqazdakı geosiyasətdə aktiv formada Rusiya- Ermənistan-İran üçbucağı mövcuddur”. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. V.Quluzadə deyir ki, tezliklə bu üçbucaq öz fəsadlarını o dərəcədə göstərəcək ki, bu, həm də Rusiyanın dağılmasında mühüm rol oynayacaq. Politoloqun fikrincə, bu prosesin davamı olaraq dərhal Ermənistanın ya dağılması, ya da böyük inqilabla üz-üzə qalması müşahidə olunacaq. “Bu, İran üçün çox böyük fəsadlar verəcək. Çünki bu gün İrana qarşı qoyulan beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya İrana nə lazımdırsa Ermənistan vasitəsi ilə qaydasında ötürür. Moskva necə lazımdır Tehranla əməkdaşlıq edir və məhz bunun sayəsində İran hələ ki ayaqda durur”-deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, məhz bu çıxış yoluna görə İran Ermənistanla münasibətləri sıxlaşdırmaqda olduqca maraqlıdır.
URL / WWW
http://kelam.az/article/a-3326.html