Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Minskdə terror aktını törədən şəxs müəyyən edilib
12.04.11 21:25

Minskdə metro stansiyasında terror aktının törədilməsində şübhəli bilinən şəxs müəyyən edilib. KƏLAMİNFO RİA Novosti-yə istinadən xəbər verir ki, Belarus xüsusi xidməti onun axtarışını davam etdirir. İstintaq qrupuna Belarus baş prokurorunun müavini Andrey Şvedin rəhbərlik edir. Belarus prezidenti Aleksandr Lukaşenko partlayışdan dərhal sonra fövqəladə iclas keçirib. O, partlayışın həm xaricdən, həm də daxildən təşkil oluna biləcəyini istisna etməyib. Milli təhlükəsizlik və daxili işlər nazirlərinə ölkədə təhlükəsizlik tədbirlərinin olduqca gücləndirilməsini tapşıran Aleksandr Lukaşenko terror aktını təşkil edənlərin dərhal tapılmasını tələb edib.Qeyd edək ki, partlayışın törədildiyi Oktyabrskaya stansiyası Minsk metropoliteninin mərkəzi stansiyası sayılır. Buradan iki metro xətti keçir və ən izdihamlı stansiya hesab olunur. Belarusun Səhiyyə Nazirliyindən verilən məlumata görə, platformada skamyanın altında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 11 nəfər ölüb, 150-dək insan xəsarət alıb. Partlayış baş verərkən stansiyada iki qatar olub. Partlayıcı maddənin gücü beş kiloqram trotil ekvivalentinə bərabər olub. Prezident Lukaşenko Rusiya prezidenti Dmitri Medvedyevlə telefonla danışandan sonra partlayışın araşdırılması üçün Rusiyanın köməyini qəbul edib.
URL / WWW
http://kelam.az/article/a-3322.html