Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 40 tibb işçisi cəzalandırılıb
12.04.11 21:25

Səhiyyə Nazirliyində Korrupsiya ilə bağlı yaradılan “Qaynar xətt” xidmətinə fevralın 22-dən bu günə kimi 1900 müraciət daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, Bakı və Abşeronda, o cümlədən respublikanın digər rayonlarında korrupsiyaya qarşı mübarizə məqsədi ilə məntəqələr fəaliyyət göstərir. “Məntəqələri yaratmaqda məqsədimiz daxil olan şikayətləri yerindəcə araşdırmaqdır” - deyən E.Ağayev həmin şikayətlərin 80%-nin yerindəcə araşdırıldığını bildirib. “Artıq 40 nəfər tibb işçisi cəzalandırılıb və işdən azad olunub” - deyə səhiyyə nazirinin müavini vurğulayıb. O, həmçinin Səhiyyə Nazirliyinin Respublika Prokurorluğu ilə birgə araşdırmalarının davam edəcəyini əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3320.html