Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM müsabiqə elan edib
13.04.11 02:25

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan Republikasında müstəqilliyin bərpa edilməsinin 20 illik yubileyinə həsr edilən ümumrespublika məqalə müsabiqəsi elan edib. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişləri və qabiliyyətlərinin inkişaf etdirilməsi və stimullaşdırılması, yeni istedadların aşkara çıxarılmasıdır. Qeyd edək ki, müsabiqədə Azərbaycanın paytaxtı və regionlarında, ali təhsil (dövlət və özəl) müəssisələrində ictimai və humanitar elmlər sahəsində əyani təhsil alan gənc bakalavr və magistrlər, eləcə də AMEA-nın və respublikanın digər elmi-tədqiqat institutlarında çalışan qiyabi təhsil alan, magistrlər iştirak edə bilərlər. Müsabiqəyə təqdim edilən işlər müəllif ideyalarını əks etdirməli, analitik meyara cavab verməlidir. Təklif edilən ideyalar arqumentlərlə əsaslandırılmalıdır.Qeydlər və istinad edilən mənbələr göstərilməlidir. Münsiflər heyəti ideyanın yeniliyi və təhlilin dərinliyi ilə yanaşı, müəllif baxışını və üslubunu da dəyərləndirəcək. Oktyabr ayında müsabiqənin yekunlarına həsr edilən ümumrespublika konfransı keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı işlərin toplu şəklində çap edildiyi kitabın təqdimatı keçiriləcək. Müsabiqə 15 apreldən başlayır və iyunun 30-da başa çatır.
URL / WWW
http://kelam.az/article/a-3317.html