Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ceyhun Əsgərov: “Hazırda “Araz” radiosunda çalışıram”
12.04.11 21:25

“Radioda işləmək prinsipcə mənə yad deyil. Mənim iki il “ANS ÇM” radiosunda tok-şou proqramım olub. Ona görə də bu iş mənə yaxındır və bilirəm”. Bunu KƏLAMİNFO-ya müsahibəsində telejurnalist, uzun müddət ANS telekanalında çalışmış Ceyhun Əsgərov söyləyib. C.Əsgərov hazırkı fəaliyyətindən də danışıb: “Hazırda “Araz” radiosunda çalışıram. Burada iki verilişim var. Bir veriliş saat 7-dən 8-ə kimi olan tok-şoudur və həmin proqramda qonaqlarla günün əsas prioritet mövzusu müzakirə edilir. Həmin vaxt dinləyicilər də efirə qoşularaq öz fikirlərini və suallarını söyləyə bilirlər. Birinci günlər axşam saat 9-dan 10-a kimi isə “Yurdum” verilişini aparıram. Bu verilişdə xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diasporunun fəaliyyəti barədə geniş məlumat verilir. Məqsəd onlarla əlaqə saxlamaq, digər ölkələrin ən kiçik şəhərlərində belə yaşayan həmyerlilərimizin təşkilatçılığı haqqında məlumat toplamaqdır”. O, gələcəkdə digər layihələrin də reallaşacağını istisna etməyib. C.Əsgərov onun və digər kadrların ANS telekanalından getməsinə də münasibət bildirib: “Şəxsən mən özümə aid səbəblərə görə çıxmışam. Kimin hansı səbəblərə görə çıxmasını bilmirəm. Deməzdim ki, hamı bir səbəbə görə çıxıb, yaxud çıxarılıb. Ona görə də heç kimin yerinə danışa bilmərəm. Onu deyə bilərəm ki, mən iş yerimi dəyişmək qərarına gəlmişdim”.
URL / WWW
http://kelam.az/article/a-3316.html