Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Nalbandyan həmsədrlərə Azərbaycandan şikayət edib
12.04.11 21:24

Ermənistanda səfərdə olan Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. «KƏLAMİNFO» «Tert am»a istinadən məlumat verib ki, XİN rəhbəri həmsədrlərə Azərbaycandan şikayət edib. O, rəsmi Bakının Dağlıq Qarabağla həmsərhəd rayonlara göndərilən faktaraşdırıcı missiyanın hazırladığı hesabatdan hərbi ritorika üçün istifadə etdiyini söyləyib: “Azərbaycan tərəfinin hesabata dair şərhləri həmsədrlərin təqdim etdikləri dəyərləndirmələr ilə daban-dabana ziddir”. Görüş zamanı təmas xəttində insidentlərin təhqiqatı mexanizminin yaradılması da müzakirə edilib. Rusiyalı həmsədr İqor Popov jurnalistlərə deyib ki, xarici işlər naziri Edvard Nalbandyanla sülh danışıqları prosesinin gedişatını müzakirə ediblər: “Biz Soçi razılaşmalarının yerinə yetirilməsi prosesini müzakirə etdik, təmas xəttindəki insidentlərin araşdırılması mexanizminin hazırlanması məsələsinə toxunduq. Eləcə də xarici işlər nazirlərinin gözlənilən görüşündən danışdıq”. Amerikalı həmsədr Robert Bradtke bildirib ki, bu gün vasitəçilər Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəklər, sonra Dağlıq Qarabağa yola düşəcəklər və qoşunların təmas xəttini keçəcəklər. Sabah onların prezident İlham Əliyevlə görüşləri planlaşdırılır. Minsk qrupunun həmsədrləri yalnız gözlənilən görüşlər barədə məlumat veriblər və jurnalistlərin digər suallarına cavab verməkdən imtina ediblər.
URL / WWW
http://kelam.az/article/a-3315.html