Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan Prezident Administrasiyası Twitter-də təqdim olunub
12.04.11 21:24

Azərbaycan Prezident Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu gündən etibarən www.twitter.com/AzerbaijanPA ünvanında Administrasiyanın Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Prezident Administrasiyası Azərbaycanda Twitter-də öz səhifəsini açan ilk dövlət strukturudur. Səhifədə Azərbaycan Prezidentinin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, Administrasiya rəhbərləri və şöbə müdirlərinin bütün bəyanat və şərhləri təqdim olunacaq. Səhifədə Administrasiyadakı qəbullar və görüşlər haqqında məlumat yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında həyata keçirilən layihə və tədbirlər işıqlandırılacaq.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Twitter sosial şəbəkəsində ingilis və Azərbaycan dillərində iki rəsmi səhifəsi var (www.twitter.com/azpresident, www.twitter.com/presidentaz). Administrasiyanın bəzi şöbə müdirləri də sosial şəbəkələrin aktiv istifadəçilərinə çevriliblər. Xatırladaq ki, müasir dünyada sosial şəbəkələr böyük populyarlıq qazanıb və təkcə internet istifadəçilərinin ünsiyyət məkanı deyil, həm də əsas informasiya mənbələrindən və onun yayılması mexanizmlərindən biridir. Son illər sosial şəbəkələrdə fiziki şəxslərlə yanaşı, iri transmilli korporasiyalar və dünya ölkələrinin dövlət idarələri də qeydiyyata alınmağa başlayıblar.
URL / WWW
http://kelam.az/article/a-3314.html