Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mübarək istintaqa çağırıldı
11.04.11 18:01

Misirin ictimai prokuroru eks-prezident Hüsni Mübarəki nümayişçilərin ölümləri və qanunsuz pul mənimsəmə ittihamları ilə bağlı dindirmək üçün prokurorluğa çağırıb. KƏLAMİNFO «Newsru. com»a istinadən xəbər verir ki, prokurorluq, həmçinin Mübarəkin oğulları Qamal və Alanı korrupsiya ilə bağlı sorğu-sual edəcək.
Hüsni Mübarək fevral ayında hakimiyyətdən getdikdən bəri ilk dəfə mediada çıxış edib. «Əl-Ərəbiyyə» telekanalına müsahibə verən Mübarək özünün və ailəsinin reputasiyasını qorumaq üçün hüquqlarından istifadə edəcəyini bildirib. Mübarək onun var-dövlətini araşdıran hökumət orqanları ilə əməkdaşlıq aparacağını söyləyib. Devrilmiş prezident əlavə edib ki, onun xaricdə bank hesabları və mülkiyyəti yoxdur.
URL / WWW
http://kelam.az/article/a-3311.html