Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ukrayna prezidenti Viktor Yuşşenko nazir Əbülfəs Qarayevi xüsusi medalla təltif edib
26.11.09 02:07

Ukrayna prezidenti Viktor Yuşşenko ölkəmizin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi mədəniyyət sahəsindəki xidmətlərinə görə xüsusi medalla təltif edib. Medal Əbülfəs Qarayevə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk tərəfindən təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Təqdimat zamanı səfir mədəniyyət sahəsində göstərdiyi xidmətlərə və iki ölkə arasında mədəni əlaqələrin inkişafına görə nazirə minnətdarlığını bildirib. Ə.Qarayev isə Ukrayna prezidenti Viktor Yuşşenkoya təşəkkür edərək hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin çox böyük müvəffəqiyyətlə keçdiyini, mükafatı isə Azərbaycanın bütün mədəniyyət və incəsənət xadimlərinə verilən bir mükafat kimi qarşıladığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-331.html