Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident verdiyi tapşırıqların icrasını yoxlayır
11.04.11 16:08

Prezident İlham Əliyev martın 9-da Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə verdiyi tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün Sabunçu və Suraxanı rayonlarına olub. 
Dövlət başçısı paytaxtın yol-nəqliyyat infrastrukturu, energetika şəbəkəsi, təbii-qaz təsərrüfatı, istilik sistemi, kanalizasiya qurğuları, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd edib, bu məqsədlə xüsusi Dövlət Proqramı üzərində işlərin getdiyini bildirib. Dövlət başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılıb.
Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə yerindəcə tanış olmaq üçün Prezident İlham Əliyev Zabrat qəsəbəsinin 7500-dən artıq sakinin yaşadığı “Teplitsa”  kimi tanınan yaşayış sahəsində olub. Bakı şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. H.Abutalıbov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən qəsəbəarası yolların əsaslı şəkildə təmirinə başlanılıb.
Bu yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib. Dövlət başçısının tapşırıqlarına əsasən qəsəbələr arası yollar boyunca işıqlandırma sisteminin qurulacağı qeyd olunub, kəndlərdə və qəsəbələrdə kanalizasiya xətlərinin çəkiləcəyinin isə Dövlət Proqramına salındığı vurğulanıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev kənd sakinləri ilə görüşüb. Qeyd edilib ki, I Zabrat qəsəbəsi ilə II Zabrat qəsəbəsi arasında 12 min sakinin yaşadığı yeni yaşayış sahəsində də yeni məktəb binası inşa edilir.
Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə kəndində görülən işlərlə də yaxından tanış olub. 5500 sakinin yaşadığı bu kənddə də dövlət başçısının tapşırıqlarına əsasən yeni məktəb binası inşa ediləcək və bu məqsədlə artıq xüsusi ərazi ayrılıb. Bülbülə kəndində məhəlləarası yolların əsaslı şəkildə təmirinə də başlanılıb. Burada 8 min kvadratmetr əraziyə yeni asfalt döşənib, yolun 45 min kvadratmetr hissəsində isə asfalt işlərinin qısa vaxt ərzində başa çatdırılacağı bildirilib.
Həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlət başçısı Bülbülə kənd sakinləri ilə görüşüb. Abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıq edən kənd sakinləri Bülbülə kəndindən əsas yola çıxmaq  üçün köhnə yolun bərpa olunmasını da dövlət başçısından xahiş ediblər.
Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun vəziyyəti ilə tanış olmaq üçün əraziyə gedib. Dövlət başçısı köhnə yolun bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlarını verib.
Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev prospekti ilə “Atəşgah” məbədini birləşdirən küçələrdə əsaslı təmir işlərinə başlanılıb.
Daha sonra prezident İlham Əliyev “Atəşgah” məbədinə gələrək burada həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış olub. Aparılan arxeoloji qazıntılar barədə dövlət başçısına məlumat verilib. Pezident İlham Əliyev Bakıətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlarını verib.
URL / WWW
http://kelam.az/article/a-3307.html