Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan Liviya üçün “yol xəritəsi” hazırlayır
08.04.11 22:58

Liviyalının bir damla qanı milyonlarla dollara bərabər olan neft quyusundan belə dəyərlidir. KƏLAMİNFO “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Liviyadakı hadisələrlə bağlı olaraq partiyasında keçirdiyi iclasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyəyə qarşı qaralama kampaniyaların arxasında kimlərin olduğunu bilir, diqqətlə izləyir və baş verənləri qeyd edir. “Liviyadakı siyasətimizin əsas məqsədi xalqın tələbləri qarşısında konstitusion demokratiyaya keçidi, ərazi bütövlüyünü və Liviyanın suverenliyini təmin edən şəraitin yaradılmasıdır. Liviyanın harasında yaşamasından asılı olmayaraq, hər bir qardaşımızın canı, haqqı, hüququ bizim üçün əsasdır” - deyə baş nazir vurğulayıb Ərdoğan Liviyanın ərazi bütövlüyünü qoruyan, barış dəyişikliyi vaxtını müəyyənləşdirən bir “yol xəritəsi” üçün çalışdıqlarını da əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3291.html