Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nazir müavini: “Tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı hazırlanır”
08.04.11 22:58

Hazırda Azərbaycanda tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı hazırlanır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib. V.Əliyev qeyd edib ki, proqram artıq Nazirlər Kabinetinə təqdim olunub və ayrı- ayrı nazirliklər tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün Prezidentə təqdim olunacaq. “Bu proqram çərçivəsində tarixi abidələrin və mədəni qoruqların mühafizəsi, pasportlaşdırılması, sərhədlərinin müəyyənləşdirilməsi və s. öz əksini lazımı şəkildə tapacaq”,-deyə nazir müavini vurğulayıb. Onun sözlərinə görə, bu, işğal altında olan Dağlıq Qarabağdakı tarixi abidələrimizin taleyi ilə də daha çox bağlıdır. “İşğal olunmuş torpaqlarımızdakı tarixi mədəni abidələrimiz hər an təcavüzə məruz qalma şəraitindədirlər. Ona görə də biz bu proqramla çalışırıq ki, orada belə bir fakt aşkar olunan kimi YUNESKO-ya müraciət əsasında onun araşdırılmasına nail olaq”,-deyə V.Əliyev əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3290.html