Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abel Məhərrəmov: “Elmi kim qabağa apara biləcək?”
08.04.11 22:58

“Son zamanlar ali məktəblərdə magistratura pilləsində gənclərin hərbi xidmətə cəlb olunmasında çoxlu problem yaranıb”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, məsələn, Bakı Dövlət Universitetində 988 nəfər magistr pilləsində təhsil alır. “Onlardan 687 nəfəri qız, 301 nəfəri oğlandır. Əgər bu oğlanlar növbəti hərbi xidmətə çağırılacaqsa, gələcəkdə elmi kim qabağa apara biləcək? Bilirik ki, qızlar bəzən ailə qurduqlarına görə elmlə məşğul ola bilmirlər. Oğlanların isə hərbi xidmətə çağırılması onların təhsildən yayınmasına gətirib çıxarır. İkinci problem isə ondan ibarətdir ki, hətta əyani şöbəyə daxil olan magistrlər bir müddətdən sonra dövlət qulluğuna elan çıxan kimi ərizə verib qəbul olunurlar. Bununla da onlar rektora müraciət edərək işlə təmin olunduğuna görə təhsildən azad edilməsini xahiş edirlər. Dövlət qulluğuna elan zamanı magistrlərin təhsildən yayınması təhsildə deformasiyaya gətirib çıxaracaq. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni müzakirə etsinlər”-deyə millət vəkili vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3288.html