Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Musa Quliyev: “Nikah zamanı tibb arayışın məcburiliyi ilə bağlı nazirliklərin rəyini gözləyirik”
07.04.11 19:31

“Bu gün Azərbaycan ailələrində boşanmaların 15%-dən çoxu uşaq əldə etməmək ilə bağlıdır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, bu fakt artıq ailələrimizin ən böyük faciə ilə üz-üzə qalmasından xəbər verir. Millət vəkili qeyd edib ki, bu, acınacaqlı haldır və bununla bağlı ciddi addımlar atılmalıdır. “İlk növbədə biz bununla bağlı qanunvericiliyə əsasən nikah bağlanan zaman tibbi müayinədən keçmənin məcburi olmasını hazırlayırıq. Nikah bağlanan zaman tibbi arayışın məcburi olması ilə bağlı tezliklə müvafiq qanunvericilikdə dəyişikliklər olacaq. Bu məsələ komitədə müzakirə olunaraq məktub formasında Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərinə göndərilib. Hazırda onların rəyini gözləyirik”-deyə M.Quliyev vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3285.html