Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Finlandiyanın Azərbaycandakı səfiri SAM-da olub
07.04.11 19:31

Finlandiyanın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfiri Petri Salo Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva ilə görüşüb. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, görüş zamanı G.Paşayeva qonağa Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, elm, təhsil, xüsusilə beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin iki ölkə arasında təmasların intensivləşməsinə zəmin yaradacağına əmin olduqlarını bildiriblər. Görüşdə həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3283.html