Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi imtahanların nəticələrini açıqlayıb
07.04.11 19:31

Təhsil Nazirliyi aprelin 3-də ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirdiyi yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən KƏLAMİNFO-a verilən məlumata görə, imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda keçirilib. İmtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər. Nazirlikdən bildirilib ki, imtahanlar test üsulu ilə keçirilib və buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb. Məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Qeyd edək ki, növbəti imtahanlar aprelin 10-da Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda, aprelin 17-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3282.html