Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafi Obamaya “oğlum” deyə müraciət edib
07.04.11 19:30

Liviya lideri Müəmmar Qəddafi öz postunu tərk edərək üsyançılara qarşı hücuma son qoymalıdır. KƏLAMİNFO “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Qəddafinin Barak Obamaya göndərdiyi məktub çatdıqdan sonra deyib. “Assoşieyted Press” agentliyinin verdiyi məlumata görə, Qəddafi Obamaya “oğlum” deyə müraciət edib və inkişaf etməkdə olan ölkənin kiçik xalqına qarşı hərbi gücün tətbiqinin zərərli olduğunu bildirib. Qəddafi, həmçinin hərbi metodla demokratiyanın əldə olunmayacağını vurğulayıb. Ağ Evin mətbuat katibi Cey Karni isə Qəddafinin məktubuna münasibətdə deyib ki, Prezident Barak Obamanın şərtləri məlumdur.
URL / WWW
http://kelam.az/article/a-3281.html