Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın elmi işçisi Türkiyədə Xəzər hövzəsinin təhlükəsizliyindən danışacaq
06.04.11 18:20

Aprelin 7-10-u tarixlərində Türkiyənin paytaxtı Ankarada NATO-nun Sülh və Təhlükəsizlik Elmi proqramının dəstəyi, Orta Doğu Texniki Universiteti (ODTU) və Qırğızıstanın Manas Universitetinin birgə təşəbbüsü ilə “NATO, Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizə və 11 sentyabr tarixindən sonra Orta Asiya regionunda təhlükəsizlik mühiti” mövzusunda konfrans keçiriləcək. Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Zaur Şiriyev iştirak edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, o, “ABŞ-ın Əfqanıstan müdaxiləsindən sonra Xəzər hövzəsinin təhlükəsizlik mühitinə Azərbaycanın baxışı” mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, tədbirdə Türkiyə, Avropa ölkələri və Orta Asiyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərinin iştirakı ilə fikir mübadiləsi aparılacaq və çıxışçıların məruzələri daha sonra kitab şəklində çap olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3278.html