Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF 24 881 vətəndaşa fərdi şəxsi hesab açıb
06.04.11 18:20

Cari ilin ilk 3 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 24 881 sığortaolunana fərdi şəxsi hesab açılıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, cari il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 825 333 nəfərə çatıb. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 1 013 851 nəfəri kişi, 811 482 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 466 948 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 040 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 409 825 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 379 196 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 167 324 nəfər təşkil edir. Xatırladaq ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi şəxsir hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
URL / WWW
http://kelam.az/article/a-3277.html