Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc xanım modelyerlərin Bakı Beynəlxalq Moda Festivalı keçiriləcək
05.04.11 19:02

Aprelin 6-da Gənclər və İdman Nazirliyi tərəfindən www.fashion.az saytının və Moda Agentliyinin iştirakı ilə gənc xanım modelyerlərin Bakı Beynəlxalq Moda Festivalı start götürür. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Festivala Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Ukraynadan ümumilikdə 12 gənc xanım modelyer qatılır. Festivalın şərtlərinə əsasən hər bir modelyer 10 geyimdən çox olmayan kolleksiya ilə çıxış etməlidir. Həmin geyimlərdən biri milli üslubda olmalı və ya milli geyim elementlərini özündə əks etdirməlidir. Festival aprelin 7-dək davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3273.html