Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Siyavuş Novruzov: “Müxalifət mitinq keçirmək istəyirsə, qanunlara riayət etməlidir”
05.04.11 19:02

“Hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ var və insanlar hər hansı aksiya keçirə bilərlər. Amma aksiyanın keçirilməsi qanun çərçivəsində olmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, müxalifət partiyalarının aprelin 16-a təyin etdiyi mitinq də qanunauyğun şəkildə keçirilməlidir. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyalar keçirmək üçün müvafiq yerlər ayırıb. “Əgər kimsə öz fikirlərini tərəfdarları ilə bölüşmək istəyirsə, burada yer məsələsi problem olmamalıdır. Yəni onlar mitinq üçün ayrılmış yerlərdə bunu sərbəst şəkildə edə bilərlər. Dünyanın inkişaf etmiş dövlətlərində də aksiyalar qanun çərçivəsində keçirilir. Müasir dövrdə kütləvi informasiya vasitələri ilə, internet vasitəsilə daha geniş şəkildə müzakirələr aparmaq, fikirlərini çatdırmaq mümkündür. Buna baxmayaraq, müxalifət mitinq keçirmək istəyirsə, qanunlara riayət etməlidir. Əgər bu dəfə də onlar qanundan kənara çıxacaqlarsa, belə halların qarşısını alınmalıdır”- deyə YAP icra katibinin müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3270.html