Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Həmsədrlərin fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini müharibəyə yaxınlaşdırır”
05.04.11 19:02

ATƏT-in Minsk Qrupunun 14 illik fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini müharibəyə yaxınlaşdırır. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, regionda müharibə təhlükəsinin yaranması ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyindən çox fəaliyyətinin nəticəsidir. M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin regional kontekstdə ciddi yer aldığını bildirib. O, ermənilərin bu prosesdə münaqişədən heç kim danışmayacağı təqdirdə ciddi uğur qazanacaqlarını qeyd edib. Hətta Dağlıq Qarabağdan mənfi danışsalar belə, bu Azərbaycanın leyhinə, Ermənistanın isə əleyhinə olan hadisədir. Rusiya-Ermənistan münasibətlərinə toxunan M.Əhmədoğlu vurğulayıb ki, Rusiya xarici işlər nazirinin dəvətini rədd edən erməni xarici işlər nazirinin bir neçə gün sonra İrana səfər etməsiylə rəsmi Moskvaya münasibətlərinin necə olduğunu göstərib.
URL / WWW
http://kelam.az/article/a-3269.html