Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fazil Mustafa: “AXCP və Müsavat gənclərin fikrini düzgün ifadə edə bilmir”
04.04.11 20:11

“Çox təəssüf ki, AXCP və Müsavat Azərbaycanda gənclərin və yaxud da digər sosial qrupların fikrini düzgün şəkildə ifadə edə bilmir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. F.Mustafa bunu onunla izah edib ki, həddindən artıq ideoloji yanaşma ilə heç bir təbəqənin ümumi fikrini ifadə etmək olmur. “Məhz buna görə onların sosial bazaları geniş deyil. Sözsüz ki, cəmiyyətdə müəyyən narazılıqlar var və onların əsas hissəsi təhlükəsiz islahatların tərəfdarıdırlar” - deyə millət vəkili vurğulayıb. F.Mustafanın fikrincə, hakimiyyətlə konfliktə girməkdənsə, xaotik vəziyyət yaratmaqdansa, müəyyən təkliflərlə çıxış etmək lazımdır. “Bu zaman xalqın hansısa istəyinin ifadə edilməsindən danışmaq olar”-deyə o, əlavə edib. Qeyd edək ki, aprelin 2-də İctimai Palata adlı qurum “Fəvvarələr meydanı”nda qeyri-qanuni kütləvi aksiya keçirməyə cəhd göstərib. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) məlumatına görə, qanunsuz aksiya iştirakçıları tərəfindən polisə qarşı müqavimət, zorakılıq cəhdləri müşahidə olunsa da, bunların qarşısı həmin vasitələr tətbiq olunmadan alınıb, qeyri-qanuni hərəkətlərin fəal iştirakçıları da daxil olmaqla, şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi polis orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilib.
URL / WWW
http://kelam.az/article/a-3263.html