Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məktəblərin qiymətləndirilməsi bu həftə yekunlaşdırılacaq
05.04.11 02:11

Aprelin 9-da Təhsil Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsi üzrə qiymətləndirmələr başa çatacaq. Hazırkı mərhələdə məktəb direktorları təhsil ocaqlarının son 3 il ərzindəki fəaliyyəti və nailiyyətləri ilə bağlı 10 dəqiqəlik təqdimatlar etməkdədirlər. «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin komissiyasının üzvü Təranə Şərifova «Azadinforum»a açıqlamasında bildirdi ki, aprelin sonunda «Ən yaxşı müəllim» müsabiqəsinin üçüncü - sonuncu mərhələsi üzrə qiymətləndirmələrə start veriləcək. Bu mərhələdə müəllimlərin peşə fəaliyyətindəki uğurları, layihələrdə iştirakı, yaradıcılığı qiymətləndiriləcək. Qeyd edək ki, «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsində qalib gələn məktəbə 10 min manat, «Ən yaxşı müəllim» müsabiqəsində qalib gələn müəllimə isə 5 min manat pul mükafatı veriləcək.
URL / WWW
http://kelam.az/article/a-3261.html