Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nuşirəvan Məhərrəmli: “Aparıcıların səhnə mədəniyyəti çox aşağıdır”
04.04.11 20:11

“Bu gün ölkənin radio və televiziyalarındakı mövcud vəziyyət bizi qane etmir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, bu gün Azərbaycanın teleradio məkanındakı əksər aparıcılar hələ də normal nitq qabiliyyətinə malik deyillər. “Kanallardakı aparıcıların Azərbaycan dilini səlist bilməməsi, ləhcə ilə danışması, başqa dillərdən olan ifadələri tez-tez işlətmələri bizi çox narahat edir. Müşahidələrimiz göstərir ki, istər radio, istərsə də televiziya məkanında bu gün aparıcıların səhnə mədəniyyəti çox aşağıdır. Bundan başqa, narahatedici məqamlardan biri də odur ki, bəzən verilişlərdə Azərbaycan üçün xarakterik olmayan mövzular müzakirə olunur. Həmin mövzular da bəzən bu səbəbdən cəmiyyətdə yersiz müzakirə obyektinə çevrilir” - deyə MTRŞ sədri vurğulayıb. N.Məhərrəmli qeyd edib ki, bu kimi hallara qarşı rəhbərlik etdiyi qurum ciddi mübarizə aparır. “Bununla bağlı əsasən efir məkanında yeni radioların və televiziyaların açılmasına üstünlük veririk. Son iki ayda açılan kanal və radio buna əyani misaldır. Biz bu kimi planlarımızı gələcəkdə də davam etdirəcəyik” - deyə sədr əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3260.html