Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda “10-cu Azərbaycan Turizm Sərgisi” keçiriləcək
05.04.11 02:07

Aprelin 28-30-da Bakıda “10-cu Azərbaycan Turizm Sərgisi” və “2-ci Ümumrespublika daxili Turizm Sərgisi” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev verib. O qeyd edib ki, hər iki sərgi paralel olaraq eyni vaxtda keçiriləcək. “Daxili turizm sərgisinə Azərbaycanın 18 bölgəsi qatılacaq. Bunların sırasına Gəncə, Şamaxı, Şəki, İsmayıllı, Quba, Qusar, Lənkəran, Lerik, Naxçıvan və s. bölgələr daxildir”-deyə A.İsmiyev vurğulayıb. Onun sözlərinə görə, “10-cu Azərbaycan Turizm Sərgisi” bu il yubiley xarakteri daşıdığı üçün əvvəlki illərdən fərqli keçiriləcək. Qeyd edək ki, hər iki sərgi “Baku Expo” Mərkəzində keçiriləcək. Sərginin əsas təşkilatçısı “İteca Caspian” şirkətindən KƏLAMİNFO-a bildiriblər ki, “AITF 2011” yubiley sərgisində dünyanın 150-dən çox şirkəti iştirak edəcək. Sərgidə 23 ölkə və 55 istiqamətin təqdim ediləcəyi gözlənilir. “AITF” sərgisinin nailiyyətlərindən biri də odur ki, 2010-cu ilin sərgisində iştirak etmiş bütün milli qruplar “AITF 2011” sərgisində iştiraklarını bir il əvvəlcədən sifariş ediblər. Beləliklə, bu ilki sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki, Türkiyə və Çexiyanın milli stendləri iştirak edəcək. Sərgiyə Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən də dəstək verilir. Türkiyə isə ardıcıl olaraq ikinci ildir ki, “AITF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. Türkiyənin turizm potensialı və koloriti milli stenddə təqdim olunacaq. Bundan əlavə, “AITF 2011” sərgisinin iştirakçıları siyahısında Türkiyənin iki böyük turizm operatoru da iştirak edir. Sərginin sponsorları arasında “Silk Way Travel” turizm şirkəti də var. Bu il isə sözügedən şirkət sponsorluqdan əlavə, stendin ölçülərini ötən illə müqayisədə 25% artırmaq qərarına gəlib. AITF sərgisinin rəsmi hava yolları qismində AZAL şirkəti çıxış edir. Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda təşkil edilən 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi yenidən “AITF” sərgisi ilə birgə keçiriləcək. Sərginin ekspozisiyası 18 regiondan təxminən 100 şirkəti təqdim edəcək.
URL / WWW
http://kelam.az/article/a-3258.html