Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Metyu Brayza “İRƏLİ”-nin qonağı olacaq
01.04.11 20:56

Aprelin 4-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahı və “İRƏLİ” gənclik mərkəzi ilə tanış olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ” İctimai Birliyindən veriblər. Səfir gənclərin fəaliyyəti ilə tanış olacaq, “İRƏLİ” İB tərəfindən keçirilən müxtəlif təlimlərin, o cümlədən gənclərə blog barədə ilkin anlayışları, bloqların yaradılması və üstünlüklərindən, effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılması məqsədilə həyata keçirilən WeBlog layihəsinin gedişatı ilə maraqlanacaq. Eyni zamanda qonaq Dəyirmi masa ətrafında gəncləri maraqlandıran sualları cavablandıracaq.
URL / WWW
http://kelam.az/article/a-3257.html