Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Milli Kitab Mükafatının 10 ən yaxşı əsəri elan olunub (siyahı)
01.04.11 18:56

Bu gün Milli Kitab Mükafatının 10 ən yaxşı əsəri (qısa siyahı) elan olunub. KƏLAMİNFO xəbər verir ki, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bildirib ki, MKM-yə təqdim olunmuş 112 əsərdən 10-u ekspertlər tərəfindən bəyənilərək seçilib. Onun sözlərinə görə, yaxın günlərdə www.mkm.az saytında “onluğ”a düşən hər əsərdən bir parça yerləşdiriləcək və oxucular arasında elektron səsvermə aparılacaq. Səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq. MKM-nin qalibləri isə mayın 31-də elan olunacaq. Birinci yerin qalibi üç min, ikinci yeri tutan iki min, üçüncü yeri tutan isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi isə Amerika səfirliyi tərəfindən 1000 manatla mükafatlandırılacaq.Milli Kitab Mükafatınnı 10-luğu belədir: Azər Abdulla “Sarı Tağ” Aslan Quliyev “Sonuncu” Etimad Başkeçid “Kenterberri” Mirmehdi Ağaoğlu “Küləyi dişləyən” Məqsəd Nur “Şəhər meri” Natiq Rəsulzadə “Xunxarlar” Natella Osmanlı “Mən axmağam” Nəriman Ədürrrəhmanlı “Yolsuz” Paşa Qəlbinur “Qara su” Pərviz “Yad dildə”
URL / WWW
http://kelam.az/article/a-3255.html