Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Rəbiyyət Aslanova: “Azərbaycana tibbi turizm məqsədi ilə gələnlər üçün müəyyənləşdirilmiş 30 günlük müddət azdır”
01.04.11 20:54

“Azərbaycana tibbi turizm məqsədi ilə gələnlər üçün müəyyənləşdirilmiş 30 günlük müddət çox azdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova komitənin bu gün keçirilən iclasında bildirib. O, qeyd edib ki, viza verilməsi qaydalarının sadələşdirilməsi müsbət hal olsa da, dövlətin təhlükəsizliyi və turizm şirkətlərinin fəaliyyəti üçün daim diqqətdə saxlanılmalıdır. “Buna görə də Avropa ölkələrində tətbiq olunan əlavə 15 gün, həmçinin Azərbaycan sahillərində dayanan gəmilərdəki əcnəbi dənizçilərin şəhərə çıxması üçün viza verilməsi də Azərbaycan qanunvericiliyində əksini tapmalıdır”,-deyə komitə sədri vurğulayıb. Qeyd edək ki, iclasda bununla bağlı nəzərdə tutulan “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-3254.html