Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
01.04.11 03:55

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 2-5-də Qazaxıstanda səfərdə olacaq. Nümayəndə heyəti aprelin 3-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən veriblər. Səfər Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvəti ilə gerçəkləşir. MSK-nın nümayəndələri Astana şəhərində müşahidə missiyasını həyata keçirəcəklər. Səfər zamanı Azərbaycan MSK sədri ilə Qazaxıstan MSK sədrinin görüşü nəzərdə tutulub. Görüşdə iki ölkənin seçki qurumları arasında əməkdaşlıq, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. İki ölkənin ali seçki qurumları arasında faydalı əməkdaşlığa əsaslanan əlaqələr mövcuddur. Səfərdə MSK sədrini MSK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək. Bundan əlavə, MSK təmsilçiləri Qazaxıstandakı sözügedən seçkiləri ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının tərkibində uzunmüddətli və qısamüddətli müşahidəçi kimi də izləyirlər.
URL / WWW
http://kelam.az/article/a-3251.html