Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyində bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib
31.03.11 17:55

Bu gün Təhsil Nazirliyində nazirliyin bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib. Öncə Təhsil Nazirliyinin Hüquq sektorunun müdiri Elmir Həsənov ““Təhsil haqqında” Qanununun qəbul edilməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi” mövzusunda təqdimat edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyinjən veriblər. E.Həsənov müvafiq qanuna uyğun olaraq hazırlanan bir çox sənədin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirib və qeyd edib ki, daha 5 sənəd isə təsdiq olunma mərhələsindədir. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı 13-19 fevral 2011-ci il tarixlərində 16 nəfərdən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri barədə təqdimat-məruzə ilə çıxış edib. Tədbirdə Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu günlərdə Almaniyaya etdikləri səfər çərçivəsində keçirilən görüşlər və əldə olunan təcrübədən danışıb. “Almaniyanın Baden-Vürttenberq Torpağının peşə təhsili sisteminin strukturu” mövzusunda təqdimat edən N.Məmmədov bu torpaq haqqında ümumi məlumat verib, burada peşə hazırlığı istiqamətində görülən işləri, dual peşə təhsili sisteminin mövcudluğunu və onun əsas məqsədlərini diqqətə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov hər üç təqdimatda qeyd olunan məsələlər barədə fikirlərini bildirib və görülən işlərin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-3250.html