Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə 31 mart azərbaycanlıların soyqırımı münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib
31.03.11 17:53

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart azərbaycanlıların soyqırımı münasibəti ilə dünya ictimaiyyətinə müaraciət ünvanlayıb. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət edir, xalqımızın son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istəyirəm. XX əsr ərzində müstəqilliyə qovuşmaq səadətinə nail olmuş Azərbaycan xalqı, təəssüflər olsun ki, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. Azərbaycanlılara qarşı məkrlə düşünülmüş, xaincəsinə cızılmış plan əsasında xüsusi amansızlıqla həyata keçirilmiş soyqırım siyasəti nəticəsində soydaşlarımız öz doğma torpaqlarından didərgin salınıblar. Silahsız, dinc əhaliyə qarşı uşaq, qadın, qocalara məhəl qoyulmadan, xüsusi qəddarlıqla gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin vandalcasına məhv edilməsi ilə müşayiət olunmuş soyqırım aktları xalqımızın yaddaşında dərin iz qoyub. Azərbaycanın bir çox yerlərində 93 il bundan əvvəl – 1918-ci ilin martında törədilmiş ağlasığmaz soyqırım cinayətlərinin qanlı izləri - kütləvi insan qəbirstanlıqları mövcuddur. Qubadakı kütləvi məzarlıq buna əyani misaldır”,-deyə A.Paşazadə müraciətində bildirib. Şeyx vurğulayıb ki, tarixən Azərbaycanın əzəli, əbədi torpaqlarına xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı dörd dəfə soyqırım və deportasiya siyasəti həyata keçirmiş erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç bir bəraət ola bilməz.
URL / WWW
http://kelam.az/article/a-3246.html