Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 17 işin istintaqı məhkəməyə göndərilib
30.03.11 17:33

Bu il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya cinayətləri ilə bağlı 17 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib. R.Usubovun sözlərinə görə, hazırda idarədə 75-ə yaxın işin istintaqı aparılır. “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 161 saylı "qaynar xətt" fəaliyyət göstərir. Hər kəs korrupsiya faktı ilə bağlı "qaynar xətt"ə müraciət edə bilər”,-deyən R.Usubov bildirib ki, bu günə qədər "qaynar xətt"ə 968 müraciət daxil olub. Onlar araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-3243.html