Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rüstəm Usubov: "İslam Partiyası saxta qurum olub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərib”
30.03.11 18:32

"İslam Partiyası saxta qurum olub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərib”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib. R.Usubov qeyd edib ki, partiyanın rəhbəri Mövsüm Səmədov və əmisi oğlu Dəyanət Səmədov Quba şəhərində saxlanılıb və hər birinin evində axtarış aparılıb. “Axtarış zamanı onların evlərindən çoxlu sayda silah tapılıb. Bu partiyanın digər yerlərdə - Gəncə, Masallı, Astarada şöbələri olub və şöbə rəhbərlərinin evlərində axtarışlar aparılıb. Onların da evlərindən çoxlu sayda silah aşkar edilib",-deyə R.Usubov vurğulaıb. O, qeyd edib ki, Azərbaycan İslam Partiyasının saxlanılan fəallarının cinayət işi ciddi araşdırılır və istintaq edilir. Qeyd edək ki, Mövsüm Səmədov barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və istintaq aparılır.
URL / WWW
http://kelam.az/article/a-3241.html